ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Hz. Hüseynin (ə) qiyamının əsas amilləri: Kufəlilərin kömək istəmələri

چاپ
Hz. Hüseynin (ə) qiyamının əsas amilləri: Kufəlilərin kömək istəmələri

Bəni-Üməyyənin zülm və cinayətindən təngə gəlmiş Kufə camaatı Müaviyənin ölümündən sonra İmam Hüseynin (ə) Yezidlə beyət etməyərək onun hakimiyyətinə qarşı çıxdığını eşitdikdə, İmama məktub yazıb onu özlərinə rəhbər seçdiklərini elan etdilər. İlk məktub hicrətin 60-cı ili, Ramazan ayının onunda İmamın (ə) Məkkədə Yezidin əleyhinə çıxışlar etdiyi zaman əlinə yetişdi. 1

Kufənin tanınmış və görkəmli şəxsiyyətləri ardıcıl şəkildə İmama (ə) məktub yazıb onun Kufəyə gəlməsini və onlarla birlikdə Yezidin xilafətini devirməyi xahiş edirdilər. Hətta bir gündə İmamın əlinə 600 məktub yetişirdi. Nəhayət on səkkiz min məktub Kufəlilər tərəfindən İmama (ə) yazıldı. 2

İmam Hüseyn (ə) kufəlilərin atasına və qardaşına vəfasız qalmalarını bilsə də, bu qədər məktublar yazıb kömək istəyən camaata da etinasız qala bilmədi. Üzərinə böyük bir məsuliyyət düşmüş İmam Hüseyn (ə) əmisi oğlu Müslimi Kufəyə göndərib orada olan vəziyyəti onun vasitəsi ilə yaxından öyrənməyi məsləhət gördü.

Müslim ibn Əqil İraqa yola düşdü. O, Kufə şəhərinə çatdığı zaman camaatın dəstə-dəstə sevinclə onun üzərinə axışdığını gördü. Müslim məscidə daxil olduqda minlərlə kufəli onun arxasınca məscidə girib onunla beyət etdilər.

Müslim qırx günə qədər Kufədə qalıb oranın vəziyyətini yaxından öyrəndikdən sonra İmama (ə) belə bir məzmunda məktub yazır:

«Bu şəhərdə istənilən qədər sizi sevən və arxanızda duran könüllülər var. Kufəlilər hər bir cəhətdən sizə kömək etməyə hazırdırlar. Artıq Məkkədə qalmayın və yeni hökumət təşkil etmək üçün Kufəyə gəlin. » 3

İmam Hüseyn (ə) zil-həccə ayının səkkizinə qədər Məkkədə qalıb xalqı, Yezidin müsəlmanlara hakimiyyət etməyə səlahiyyəti olmadığı üçün ona qarşı çıxmağa çağırdı. Və sonra Kufəyə tərəf hərəkət etdi.

Yezid Müslimin Kufədə camaatı başına yığıb İmam Hüseynə (ə) kömək üçün beyət aldığından xəbərdar oldu. O, dərhal Kufənin hakimi Noman ibn Bəşiri, Müslimin fəaliyyətlərinin qarşısını ala bilmədiyi üçün icra hakimiyyətindən kənarlaşdırıb onun yerinə qəddar dostlarından olan Ubeydullah ibn Ziyadı təyin etdi.4

Ubeydullah Kufə əhlinin qorxaq və ikiüzlü olduqlarını bildiyi üçün onları hədələyərək Müslimin ətrafından uzaqlaşdırıb və hətta onun əleyhinə qaldırdı. İş o yerə çatdı ki, İmam Hüseynə (ə) məktub yazıb onu Kufəyə dəvət etdilər, amma əllərinə silah götürüb İmamın yeganə nümayəndəsi Müslimi şəhid etdilər. 5

İmam Hüseyn (ə) Kufəyə tərəf hərəkət etdiyi yolda, öz zamanının məşhur şairlərindən olan Fərəzdəq ibn Qaliblə üzbəüz gəldi. Fərəzdəq İmama(ə) ərz etdi: «Ey Peyğəmbər balası, niyə kufəlilərə etibar edirsən? Onlar sənin əmioğlu Müslimi və onun tərəfdarlarını öldürdülər. »

İmam (ə) Müslümün şəhadət xəbərini eşitdikdə buyurdu: «Allah Müslimə rəhmət etsin! O, Tanrıya qovuşdu. Və öz vəzifəsinə düzgün əməl etdi. Artıq bu vəzifə bizim boynumuzdadır. »

Sonra İmam Hüseyn (ə) belə bir məzmunda şer buyurdu:

«Əgər dünya gözəldirsə, deməli axirət daha da gözəldir.

Hər bir insan ölürsə, qılıncla ölmək şərəfdir. » 6

İmam (ə) bu şeri oxuduqdan sonra yoluna davam etdi. Və İmam (ə) belə də etməli idi. Ona görə ki, İmamın (ə) Kufəyə getməkdən başqa çarəsi yox idi. On səkkiz min «kömək istəyirik», «bizə rəhbərlik et» və bu kimi məzmunlarda yazılmış məktubları cavabsız qoymaq olmazdı. Hətta bəzi kitabların yazdığına görə İmama (ə) yazılmış məktublarda qırx min imza var idi. 7

İmam Hüseyn (ə) öz vəzifəsinə əməl etdi. İmamın (ə) Yezidə qarşı qiyam etməsində rol oynayan əsas amillərdən biri Kufə əhlinin İmama (ə) yazdığı məktubları cavabsız qoymamaq idi. Hərçənd ki, kufəlilər İmama (ə) qarşı vəfasız çıxıb onun «Mənə kömək edən bir kişi yoxdurmu? » fəryadına cavab vermədilər.

 

 



منابع: [1]- Şeyx Müfid, «İrşad», səh. 203. [2]- İbn Tavus, «Əl-Lühuf», səh 15. [3]- «Əl-Əxbarüt-təvil», səh. 219. [4]- «Tarixi-Təbəri», c. 4, səh. 220. [5] - Seyyid ibn Tavus, «Lühuf», səh. 30, «Tarixi-Təbəri», c. 4, səh. 213. [6] - «Kəşfül-ğümmə», səh. 183-184. [7] - «Musirül-əhzan», səh. 11, «Tarixi-İbni Kəsir» , c. 7, səh. 161.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn qiyamının səbəbləri

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات