ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


İmam Hüseynin qiyamının əsas amilləri: Yezidin beyət tələb etməsi

چاپ
İmam Hüseynin qiyamının əsas amilləri: Yezidin beyət tələb etməsi

Dəyərli izləyicilərimiz, üç silsilə yazımızda İmam Hüseynin (ə) Müaviyənin ölümündən sonra Yezidin hökumətinə qarşı qiyama qalxmasının üç əsas amilini araşdıracayıq. İlk olaraq Yezidin İmamdan (ə) beyət tələb etməsini əsas amil kimi qeyd edirik.

İmam Hüseyn (ə) Müaviyənin cinayətlərini və məkrli fəndlərini xalqa açıqlasa da, Müaviyə öz məsləhətinə görə İmamı (ə) öz qarşısında toxunulmaz bir mövqe sanırdı. Müaviyə bu siyasətini ömrünün axırınacan davam etdirdi.

Nəhayət hicrətin 60-cı ilində Müaviyə ölərək cəhənnəmə vasil olur. Müaviyə öldükdən sonra onun oğlu Yezid hakimiyyət başına gəlir. O, dərhal Mədinənin hakimi Vəlid ibn Ötbəyə məktub yazaraq Hüseyn ibn Əlidən (ə) onun hökuməti üçün beyət almağı tələb edir. 1 O zaman ərəblər hakimiyyət, qiyam və bu kimi mühüm işlərində camaatdan və xüsusilə də tayfa başçılarından onların işlərinə razılıq vermələrini tələb edirdilər. Və bu cür bir əmələ «beyət» deyirdilər. Təbiidir ki, əgər bir şəxs hansısa bir hakimə beyət edirdisə artıq ona qarşı qiyama qalxmırdı. Çünki bu iş kişilikdən uzaq idi. 2 Elə bunun üçün də Müaviyə ölməmişdən qabaq Yezidin gələcək hökuməti üçün bir çox tayfa başçılarından və görkəmli şəxsiyyətlərdən beyət almışdı. Lakin bu çirkin hökumət üçün İmam Hüseyndən (ə) beyət almağa cürət tapmamışdı. Və hətta oğlu Yezidə də vəsiyyət etmişdi ki, əgər Hüseyn ibn Əli (ə) səninlə beyət etməsə artıq israr etmə. Yezid isə hakimiyyətə gəldikdən sonra atasının vəsiyyətinə qulaq asmayıb Mədinənin hakimindən İmamdan (ə) beyət almağı tələb etdi. Əks təqdirdə yəni İmam (ə) bu hökuməti qəbul etməyib, beyət etməyərsə başının vurulub Şama göndərilməsini əmr etdi. 3

Mədinənin hakimi İmamı (ə) yanına çağırtdırıb ondan Yezidin hakimiyyətini qəbul etmək üçün beyət istədi. İmam isə (ə) bu işə rədd cavabı verərək Yezidin müsəlmanlara xəlifə olmasını İslamın «fatihəsi» adlandırdı. Və sonda bu hökumətə qarşı qiyama qalxdı.

İmam Hüseynin (ə) məhz Yezidə qarşı olan qiyamına gəldikdə isə İmam (ə) bu qiyamın səbəbini belə açıqlayır: «Mən nübüvvət evindən və imamət ocağındanam. Mənə mələklər və İlahi rəhməti nazil olur. Allah bizim ailənin vasitəsi ilə fəth edib və bizim istəyimizlə tamamlayır. Yezid isə fasiq, şərabxor, cinayətkar və qatildir. Yezid açıq-aşkar şəkildə istədiyi bütün çirkin əməlləri etməkdən çəkinmir. Mənim kimi bir şəxs heç vaxt onun kimisi ilə beyət etməz.» 4

Gördüyünüz kimi İmam Hüseynin (ə) Yezidi müsəlmanların xəlifəsi kimi qəbul etməyib ona qarşı qiyam etməsinin səbəbi Yezidin İslam hakiminə layiq olmayan işlərə aşkar şəkildə əməl etməsi olmuşdur. Tarixdə yazılanlara əsasən, Yezid səfeh, sarsaq və xudbin olmuşdur. O, şərab içir, 5 zina edir və gününü it və meymun oynatmaqla keçirirdi. 6 Günahsız insanları çox asanlıqla qətlə yetirirdi. Və o, bütün bu çirkin işlərini xalqın gözü önündə yerinə yetirirdi.

Yezidin İslam dininə, vəhy və qiyamət gününə belə etiqadı yox idi. O öz şərab məclislərində həmişə özünün qoşduğu bu şeri oxuyurdu:

«Doğrudan da Bəni-Haşim hakimiyyətlə oynadı

Bir halda ki, nə vəhydən bir xəbər var nə qiyamətdən.» 7

Yezid hətta İslam dininin əsas qanunlarını tapdalamaqdan da çəkinmirdi. O öz şerlərinin birində deyir:

«Əgər şərab İslam dinində haramdırsa,

Biz onu xristian dininə görə içərik.» 8

Ömər ibn Rəbiə deyir: «Yezid atasının zamanında həcc ziyarətinə gedir və həcdən qayıtdıqdan sonra yenə şərab içməyə başlayır.» 9

Müaviyə ölməmişdən qabaq Bəsrə şəhərinin valisi Ziyad ibn Əbiyhə məktub yazıb ondan bəsrəlilərdən Yezidin gələcək hökumətinə beyət almasını tələb edir.

Ziyad onun məktubunun cavabında yazır: «Məktubunu aldım. Axı mən camaatı Yezidin beyətinə dəvət edərək onların rişxəndli suallarına necə cavab verim?! Onlar məndən Yezidin it və meymunbaz olduğu, qadın paltarı geyinib şərab içdiyi, gecə-gündüz rəqqasə qadınlarla əyləndiyi barədə soruşsalar nə cavab verim?» 10

Yezid öz iyrənc əməllərindən utanmayıb hələ İmam Hüseyn kimi dahi bir şəxsiyyətdən öz hökuməti üçün beyət istəyirdi. Belə olan halda əgər İmam Hüseyn (ə) Yezidə beyət etsəydi, xalq İmam Hüseynə (ə) inandıqları üçün Yezidin bütün iyrənc, eybəcər əməllərini İslam dininə bağlayıb, İmam Hüseyn (ə) Yezidlə beyət edib və onu təsdiq edib deyə Yezidi dindar və onun hakimiyyətini dini hökumət sanacaqdılar. Bununla da İslam dini təhrifə uğrayacaqdı.

İmam Hüseyn (ə) İslamı təhrifdən qorumaq və müsəlmanları çaşqınlıqdan azad etmək üçün Yezidin hakimiyyətinə qarşı qiyam etdi.

 



منابع: [1]- Şeyx Müfid, «İrşad», səh. 200. [2]- Əli Əsgəri, «İmam Hüseynin həyatı», səh. 123. [3]- Məhəmmədhüseyn Təbatəbai, «İslamda şiə», səh. 208. [4]- «Məqtəlül-Hüseyn», səh. 131. [5]- Məsudi, «Mürucüz-zəhəb», c. 3, səh. 18. [6]- Məsudi, «Mürucüz-zəhəb», c. 3, səh. 77; İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 164. [7]- İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 164. [8]- «Ənsabül-əşraf», c. 2, səh. 3. [9]- İbn Əsir, «Kamil», c. 3, s. 318. [10]- İbn Əsir, «Kamil», c. 3, səh. 505; «Tarixi-Təbəri», c. 5, səh. 302.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn qiyamının əasa səbəbləri

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات