ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Məhərrəm ayının birinci gününün müstəhəb əməlləri

چاپ
Məhərrəm ayının birinci gününün müstəhəb əməlləri

Məhərrəm hüzn və kədər ayıdır. Böyük Füzulinin dediyi kimi, “Mahi-Məhərrəm oldu, məsərrət həramdır, Matəm bu gün şəriətə bir ehtiramdır”.

Məsum imamlarımız Məhərrəm ayı girəndə matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurub ki, Məhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı. Ona görə də hər şeydən əvvəl möhtərəm oxuculardan xahiş edirik ki, bu müqəddəs ayın və onun ardınca gələn səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən çəkinsinlər, Peyğəmbərin, Fatimənin və 12 imamın (ə) ruhunu incidəcək hərəkətlərə yol verməsinlər. Bu iki ayda toy, nişan, ad günü və şadlıq məclisləri keçirmək, belə məclislərdə iştirak etmək, şən musiqiləri dinləmək günahdır.

Ümumiyyətlə, Məhərrəm ayının ilk doqquz gününü oruclu halda yaşamaq müstəhəbdir. Amma aşura günündə oruc tutmaq məkruhdur (bəyənilməzdir; bu məsələ şiə məzhəbindədir).

Məhərrəm ayının birinci gecəsi müstəhəb niyyətlə namaz qılmağın savabı var. Dua kitablarında Məhərrəmin birinci gecəsi üçün bir neçə cür namaz qeyd etmişlər. Məsələn, bu gecə 100 rükət namaz qılmaq müstəhəbdir. Namazlar qoşa rükətlər şəklində sübh namazı kimi qılınır, hər rükətdə Fatihə və İxlas surələri oxunur. İkinci növ namaz iki rükətdən ibarətdir. Hər rükətində bir dəfə Fatihə və 11 dəfə İxlas surələri oxunur. Peyğəmbər buyurub ki, hər kim bu namazı qılsa və ertəsi gün (yəni Məhərrəm ayının 1-də) oruc tutsa, bütün il ərzində xeyir əməllər etmiş adam kimi sayılar və o il ərzində amanda olar. Əgər bu ilin içində ölsə belə, cənnətə gedər inşaAllah. (Əlbəttə, bu mükafat həmin ibadətləri səmimi niyyətlə, ixlasla, qaydasına uyğun şəkildə yerinə yetirən, il ərzində bu ibadəti günahla bulaşdırmayan adama aiddir). Nəhayət, üçüncü növ müstəhəb namaz da iki rükətlikdir. Birinci rükətdə Fatihə və Ənam surələri, ikinci rükətdə isə Fatihə və Yasin surələri tilavət edilir. Bu namazda oxunan surələr uzun olduğu üçün, bunları əzbər bilməyənlər o biri namazları qılsalar məsləhətdir. Məhərrəm ayının ilk gecəsini oyaq qalmaq (ehya saxlamaq), ibadət və dua ilə məşğul olmaq, Kərbəla faciəsi haqqında düşünmək, İmam Hüseynin (ə) qatillərinə lənət demək də savabdır.

Məhərrəm ayının birinci günündə oruc tutmaq müstəhəbdir. İmam Rza (ə) buyurub ki, hər kim bu gün oruc tutub Allahı çağırsa (yəni dua etsə), Allah-təala onun duasını Zəkəriyya Peyğəmbərin (ə) duası kimi müstəcab edər. Yenə İmam Rza (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (ə) Məhərrəmin birinci günündə iki rükət namaz qılar, sonra əllərini qaldırıb dua edərdi. Peyğəmbərin “Allahümmə əntəl-ilahül-qədim” cümləsi ilə başlayan duası “Məfatihül-cinan” kitabında bütöv verilib.

Bundan əlavə, Məhərrəm ayının 3-ü də mübarək gündür. Həzrət Yusuf Peyğəmbər (ə) həmin gün zindandan azad olub. O gün oruc tutan adamın çətin işlərini Allah asan edər, qəm-qüssəsini uzaqlaşdırar və duasını yerinə yetirər.

Aşura gecəsinin və aşura gününün müstəhəb əməlləri ayrıca məqalə şəklində diqqətinizə təqdim ediləcək.

 



منابع: Məfatihül-cinan” kitabına istinadən
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Məhərrəm ayı birinci gün

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات