ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Ərbəin fəlsəfəsi

چاپ
Ərbəin fəlsəfəsi

Sual yarana bilər ki, nə üçün ancaq İmam Hüseynin (ə) ərbəini (40 məclisi) qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir?

1. İmam Hüseynin (ə) fədakarlığı ilə İslam dini dirçəldi. İslam dininin dirçəldilməsində onun rolu əvəzsizdir. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aparmaq deməkdir. Və ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini diqqətdə saxlamaq deməkdir. Bütün Peyğəmbərlərin (ə) və İmamların (ə) dəvətlərinin bir ilahi simvoludur,

2. Həzrət İmam Hüseyn (ə) müsibəti heç bir İmamın (ə) və Peyğəmbərin (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır.

3. 61-ci hicri ilinin Məhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini öldürdülər. Əhli-beytini (ə) əsir götürdülər, Kufəyə və Şama apardılar. Bu dağ görmüş karvan İmamın (ə) ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısı təzələndi. Həzrət Peyğəmbər (s) ailəsi üçün ağır günlər idi.

4. İslam düşmənləri İmamı (ə) şəhid edərək, bu dini məhv etmək istəyirdilər. Kərbəla qatilləri çalışırdılar ki, bu hadisəni zehinlərdən silsinlər. Hətta İmam Hüseynin (ə) ziyarətinə gələnləri belə işgəncə edir və öldürürdülər. Mütəvəkkil Abbasinin dövründə Kərbəla qəbirlərinin hamısı şumlandı. İnsanlara bu qəbirlərin ziyarətinə gəlməyi qadağan etdilər. Əhli-beyt (ə) davamçıları da bunun üçün hər bir hadisədən istifadə edirdilər. Bu hadisələrdən biri də ərbəin hadisəsi idi.

5. Möminin nişanələrindən biri ərbəin günü İmam Hüseyni (ə) ziyarət etməsidir. Həzrət İmam Həsən Əsgəri (ə) buyurur: "Möminin əlaməti beş şeydir: gecə və gündüz 51 vacib və nafilə namazlarını qılmaq, Ərbəin ziyarəti, üzüyü sağ əlinə taxmaq, səcdə zamanı alnı torpağa qoymaq və "Bismillah”ı yüksək səslə demək”. Bu hədisdən göründüyü kimi, möminin vəzifələrindən biri Ərbəin ziyarətidir.

İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, Həzrət  buyurur: "O zaman ki, bizim qəbirlərlə sizin aranızdakı yol uzaq olarsa, mənzilinizin ən yuxarı hissəsinə, damınıza çıxın və orada iki rükət namaz qılın, bizim qəbirlərə işarə edəcək salamlar göndərin. Həqiqətən, həmin salam və namaz bizə çatacaqdır”.

Ümumilikdə demək olar ki, ərbəini yaşatmaq – İmam Hüseynin (ə), övladlarının, əshabının, əzizlərinin müsibətini yaşatmaqla bərabər, Peyğəmbər (s) dininin ayaqda qalmasına olan səyləri, Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini simvolizə edir. 

 


منابع: imange
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn Müaviyə İmam Həsən Sülh Qiyam

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات