ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


İmam Hüseyn (ə) «Məvəddət» ayəsində

چاپ
İmam Hüseyn (ə) «Məvəddət» ayəsində

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

«(Ey Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.» 1

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) iyirmi üç il müddətində Tanrı elçisi olub, bu ağır vəzifənin bütün çətinliklərinə qatlandı. Belə ki, Həzrətin (s) buyurduğuna əsasən heç bir peyğəmbər onun qədər risalət ağırlığını daşımamış və peyğəmbərlik yolunda əziyyət çəkməmişdi. Belə olan halda o Həzrətin (s) öz risaləti qarşılığında hər hansısa bir əcr-əvəz istəməməsi, o əcrin çox dəyərli və əhəmiyyətli olmasına dəlalət edir. Bu ayədə də, əziz Peyğəmbərimiz (s) peyğəmbərlik yolunda çəkdiyi zəhmətlərin qarşılığında ən yaxınlarına, Əhli-beytinə sevgi və eşq bəslənməsini istəyir. Lakin burada belə bir sual meydana gəlir ki, Həzrət Məhəmmədin (s) ən yaxınları kimlər sayılır? O Həzrət bu ayədə «ən yaxınlarım» dedikdə, kimləri nəzərdə tutmuşdur? Şiə və əhli-sünnənin mötəbər mənbələrində zikr olunmuş saysız-hesabsız rəvayətlərə əsasən müqəddəs Peyğəmbərimiz (s) «ən yaxınları» dedikdə məqsədinin Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) olduğunu bəyan etmişdir. Sünni aləminin böyük Qur`an müfəssiri Zəməxşəri öz təfsir kitabında belə yazır: «Bir gün müşriklər öz aralarında deyirdilər: Görəsən Məhəmməd, peyğəmbərlik yolunda bu qədər əziyyət çəkdiyi üçün əcr-mükafat istəyirmi?» Bu zaman onlara cavab olaraq «məvəddət» ayəsi nazil oldu:

«(Ey Peyğəmbər, hamıya) de ki, Mən sizdən risalətimin qarşılığında ən yaxınlarıma sevginizdən başqa heç bir şey istəmirəm.»

Zəməxşəri sözünün davamında yazır:

«Mötəbər hədislərə əsasən bu ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Rəsulullah, bizə sevgi və məhəbbətləri vacib olan ən yaxın adamların kimlərdir?»

Peyğəmbər (s) onların cavabında belə buyurdu:

«Məvəddət və məhəbbəti vacib olanlar Əli, Fatimə və onların iki oğlu Həsən və Hüseyndən ibarətdir.»2

Həmçinin tanınmış sünni müfəssiri Fəxr Razi yazır: «Təfsiri-Kəşşafın nəql etdiyinə əsasən Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs Ali-Məhəmməd eşqilə ölsə şəhid sayılır, hər kəs Ali-Məhəmmədi sevib dünyasını dəyişsə günahları bağışlanır.

Bilin ki, hər kəs Ali-Məhəmmədi sevən halda ölsə tövbə edənlərdən hesablanır.

Bilin ki, Ali-Məhəmməd eşqi ilə ölən, imanı kamil olmuş şəkildə dünyadan getmişdir.

Bilin ki, nəkir və münkər və ölüm mələyi Ali-Məhəmməd sevgisi ilə ölənə cənnət müjdəsi verirlər.

Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən şəxsi, gəlini bəy evinə ötürən kimi behiştə tərəf ötürərlər.

Agah olun! Hər kəs Ali-Məhəmməd sevgisi ilə ölsə, Allah-taala o şəxsin qəbrini mələklərin ziyarətgahı qərar verər.

Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən, İslama və Peyğəmbərin sünnəsinə əməl etmiş halda ölmüşdür.

Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinlə ölsə, qiyamət günü iki gözünün arasında «İlahi rəhmətdən məyus!» yazılmış halda məhşur olar.

Agah olun! Hər kim Ali-Məhəmmədlə düşmənçilik edib ölsə kafirdir.

Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinli olsa behiştin iyini belə hiss etməyəcək.»

Bu rəvayətlərin hamısını «Təfsiri-Kəşşafın»müəllifi nəql etmişdir.

Mən (Fəxr Razi) isə deyirəm: «Ali-Məhəmməd» Peyğəmbər (s) ilə rabitələri daha sıx və möhkəm olan şəxslərdir. Sözsüz ki, Əli, Fatimə, Həsən və Hüseynin başqalarına nisbətən daha çox o Həzrətlə rabitələri və bağlılıqları var idi. Bunun inkar olunmaz bir həqiqət olması bütün müsəlmanlar tərəfindən qəbul olunmuşdur. Deməli, Ali-Məhəmməd adlarını zikr etdyimiz şəxslərdir. Lakin bəzilərinin fikrincə ayədə zikr olunmuş («Əl-qurba»- ən yaxınlar) dan məqsəd «qohum-əqraba» və bəzilərinin nəzərincə «ümmət»dir. Yenə də hər iki halda onlar (Əli, Fatimə, Həsən və Hüseyn) Ali-Məhəmməddən sayılacaq. Beləliklə Əli, Fatimə, Həsən və Hüseynin Ali-Məhəmməd olması haqda heç bir şəkk-şübhə yoxdur. Amma bunlardan başqalarının Ali-Məhəmməd olub-olmaması haqda müxtəlif fikirlər vardır.

...Ümumiyyətlə bir çox dəlillərə əsasən «məvəddət» ayəsi Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olmuşdur.»3

Həmçinin Təbəri İbn Abbasdan nəql edir ki, «məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar Peyğəmbərin ətrafına cəmləşib soruşdular: “Ey Allahın rəsulu, məhəbbət və sevgisi vacib olan yaxınlarından məqsəd kimlərdir? Həzrət Məhəmməd (s) onların cavabında buyurdu:

«Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyn»4

Təbiidir ki, Ali-Məhəmmədə həqiqi məhəbbət o zaman olar ki, onların buyurduqlarına itaət olunsun. Çünki, itaətsiz məhəbbət Qur`an və Peyğəmbərin məntiqi ilə heç bir şəkildə uzlaşmır. Necə ki, Qurani-Kərimdə deyilir: “Əgər Allahı sevirsizsə, o zaman mənə (Peyğəmbərə) itaət edin.5

 


منابع: [1]- Şura surəsi, ayə 23. [2]- Zəməxşəri, «Təfsiri-Kəşşaf», Şura surəsi, 23-cü ayənin təfsirində. [3]- Fəxr Razi, «Təfsiri-kəbir», Şura surəsi, 23-cü ayənin təfsirində. [4]- «Zəxairül-üqba fi mənaqibi zəvil-qürba» səh. 25; Həmçinin bu hədis başqa sünnü mənbələrində də nəql olunmuşdur: Zəməxşəri, «Möcəmi-kəbir», c. 1, səh. 125; Heysəmi, «Məcməüz-zəvaid», c. 2, səh. 25; İbn Cəbbar Maliki, «Əl-Füsulül-mühimmə», səh. 29; Qürtubi, «Əl-camiul-əhkamül-Qur`an», c. 16, səh. 21 və... [5]- Ali İmran surəsi, ayə 31.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Məvəddət ayəsi İmam Hüseyn Quran

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات