ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


İmam Hüseyn (ə) «İnsan» surəsində

چاپ
İmam Hüseyn (ə) «İnsan» surəsində

“İnsan” surəsi Qurani-Kərimin 76-cı surəsi olub və 31 ayədən ibarətdir. Bu surənin 5-ci ayəsindən 22-ci ayəsinə qədər Əhli-beytə (ə) aid olunur:

إِنَّ الْأَبْرارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كانَ مِزاجُها كافُوراً (*) عَيْناً يَشْرَبُ بِها عِبادُ اللَّهِ يُفَجِّرُونَها تَفْجِيراً (*) يُوفُونَ بِالنَّذْرِ وَ يَخافُونَ يَوْماً كانَ شَرُّهُ مُسْتَطِيراً (*) وَ يُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ مِسْكِيناً وَ يَتِيماً وَ أَسِيراً (*) إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لا نُرِيدُ مِنْكُمْ جَزاءً وَ لا شُكُوراً (*) إِنَّا نَخافُ مِنْ رَبِّنا يَوْماً عَبُوساً قَمْطَرِيراً (*) فَوَقاهُمُ اللَّهُ شَرَّ ذلِكَ الْيَوْمِ وَ لَقَّاهُمْ نَضْرَةً وَ سُرُوراً (*) وَ جَزاهُمْ بِما صَبَرُوا جَنَّةً وَ حَرِيراً (*) مُتَّكِئِينَ فِيها عَلَى الْأَرائِكِ لا يَرَوْنَ فِيها شَمْساً وَ لا زَمْهَرِيراً (*) وَ دانِيَةً عَلَيْهِمْ ظِلالُها وَ ذُلِّلَتْ قُطُوفُها تَذْلِيلاً (*)وَ يُطافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَ أَكْوابٍ كانَتْ قَوارِيرَا (*) قَوارِيرَا مِنْ فِضَّةٍ قَدَّرُوها تَقْدِيراً (*) وَ يُسْقَوْنَ فِيها كَأْساً كانَ مِزاجُها زَنْجَبِيلاً (*) عَيْناً فِيها تُسَمَّى سَلْسَبِيلاً (*) وَ يَطُوفُ عَلَيْهِمْ وِلْدانٌ مُخَلَّدُونَ إِذا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤاً مَنْثُوراً (* (وَ إِذا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيماً وَ مُلْكاً كَبِيراً (*) عالِيَهُمْ ثِيابُ سُندُسٍ خُضْرٌ وَ إِسْتَبْرَقٌ وَ حُلُّوا أَساوِرَ مِنْ فِضَّةٍ وَ سَقاهُمْ رَبُّهُمْ شَراباً طَهُوراً (*) إِنَّ هذا كانَ لَكُمْ جَزاءً وَ كانَ سَعْيُكُمْ مَشْكُوراً (*)

«Doğurdan da əsl yaxşı insanlar kafurun xoş ətrinə qarışmış camdan su içərlər. Elə bir çeşmədən (su içərlər) ki, oradan yalnız İlahi bəndələri (övliyalar) su içir və onu istədikləri tərəfə yönəldirlər. Onlar nəzir etdikdə yerinə yetirir və müsibəti uzun olan gündən (qiyamət günündən) qorxurlar. Yeməyi sevdikləri halda onu yoxsula, yetimə və əsirə ehsan edirlər. (və deyirlər:) Biz yalnız Allaha xatir sizə ehsan edirik və bunun qarşılığında sizdən heç bir əvəz və təşəkkür istəmirik. Biz qaranlıq və vəhşətli gündən (qiyamətdən) Rəbbimizə (necə cavab verəcəyik) deyə qorxuruq. (onlar belə olduqları üçün Tanrı da, onları o günün şərindən amanda saxlayar və onlara  sevinc və şadlıq nəsib edər. Həmçinin səbr etdikləri üçün behişt və (orada) ipək paltarlar ilə mükafatlanarlar. Taxtlara söykənib (rahatlanarlar), orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. Ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri də onların qarşılarında olacaqdır. Gümüş və büllur qablar onların ətrafında dolanarlar. Gümüşdən olan  elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə müəyyən etmişlər. Onlar behiştdə zəncəfil ilə qarışmış  su kasasından içərlər. Bu su çeşməsini orada «Səlsəbil » adlandırırlar. Orada onların dövrəsində behişt cavanları dolanar ki, əgər onları görsəniz (yerə) səpilmiş mirvarilərə bənzədərsiniz. Əgər oranı (behişti) görsəniz çoxlu nemətləri və əzəmətli hakimiyyəti müşahidə edərsiniz!  Onların üzərlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar vardır. Və gümüş, bilərziklər ilə bəzənərlər. Rəbbi onlara çox pak bir su içirdər. Doğurdan da «bu sizin mükafatınızdır və zəhmətiniz qiymətləndirilir.»[1]

Şiə və sünni təfsirçilərin əksəriyəti yazırlar: Bu ayələr Həzrət Əli, Həzrət Fatimə, Həzrət Həsən, Həzrət Hüseyn və onların xadiməsi Fizzə xanımın şənində nazil olmuşdur.

Xatırladaq ki, «İhqaqul-həqq» kitabının 3-cü və 9-cu cildində 150-dən çox (təkcə) sünni rəvayətləri gətirilmişdir ki, yuxarıdakı ayələrin adlarını zikr etdiyimiz şəxslərin şənində nazil olmasına dəlalət edirlər. Biz isə bu məzmunda onlarla sünni mənbələrində yazılmış rəvayətlərdən yalnız bir rəvayəti nəzərinizə çatdırırıq:

Böyük sünni təfsirçisi olan Alusi, İbni Abbasdan mötəbər sənəd ilə nəql edir:

«Həsən və Hüseyn xəstələnmişdilər. Onların babaları Məhəmməd (s) Əbu Bəkr və Ömər ilə birlikdə Həsən və Hüseynin görüşünə gəldilər. Başqa səhabələr də, onların görüşünə gəlmiş idilər. Onlar Əliyə (Allah onu əziz etsin) dedilər: Ey Əbul Həsən, övladlarının şəfa tapması üçün nəzr et!

Əli, Fatimə və onların xadiməsi Fizzə onların şəfa tapması üçün üç gün şükür orucu tutmağı nəzr etdilər.

Uca Tanrı Həsən və Hüseynə şəfa bəxş etdi. Onlar nəzr etdilkəri oruclarını tutmaq istəsələr də, iftar etmək üçün evlərində heç bir şey yox idi. Əli (ə) vəziyyəti belə gördükdə Yəhudi Şəmun Xeybərinin yanına gedib 3 «sa» arpa borc aldı və Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Fatimə ayağa qalxıb arpadan un düzəltdi və beş nəfər ev sakinlərinin adına xəmir yoğurdu. Əli şam namazını Peyğəmbər (s) ilə məsciddə qıldıqdan sonra evə qayıtdı. Çörəklər bişmişdi. Hamı bir yerə yığışıb iftar açmaq istədi. Lakin elə bu anda bir yolçu onların qapılarına yaxınlaşıb dedi: “Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mən bir yoxsul müsəlmanam, mənə yemək verin. Tanrı sizə behişt yeməkləri əta etsin!»

Onlar çörəklərini yoxsula verib öz iftarlarını su ilə açdılar. Və gecəni belə keçirtdilər. Sabahkı gün də bu şəkildə oruc tutdular. Fatimə yenə də ayağa qalxıb iftar üçün çörək bişirdi. Əli Peyğəmbər (s) ilə şam namazını məsciddə qılıb evə qayıtdıqdan sonra süfrə quruldu. Süfrəyə çörəklər gəldiyi zaman bir nəfər qapını döyüb dedi: «Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mühacir övladlarından olan bir yetiməm. Mənə yemək verin. Allah da sizə behişt təamlarından versin!»

Onlar öz çörəklərini yetimə verib, bu gecəni də fəqət su ilə iftar etdilər.

Onlar üçüncü gün də nəzr etdikəri orucu tutmağa davam etdilər. Fatimə (Allah ondan razı olsun) son qalan arpadan un düzəldib çörək bişirdi. Əli(Allah ondan razı olsun) yenə də Peyğəmbər ilə şam namazını məsciddə qılıb evə qayıtdı. Elə ki, süfrə açıldı və çörəklər süfrəyə gəldi, bu anda bir əsir onların qapılarına yaxınlaşıb dedi: «Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mən bir əsirəm, mənə ehsan edin ki, Allah da sizə ehsan etsin!»

Onlar o gecə də çörəklərini əsirə verməklə öz iftarlarını su ilə açdılar.

Səhər açıldı. Əli (Allah ondan razı olsun) Həsən və Hüseyni özü ilə birlikdə Rəsulullahın (s) hüzuruna apardı. Rəsulullah (s) onların aclıqdan quşlar kimi titrədiklərini görüb buyurdu: «Ey Əbul Həsən, sizi bu vəziyyətdə görmək mənim üçün çox çətindir!»

Sonra Peyğəmbər (s) onlarla birlikdə Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Onlar Fatiməni aclıqdan qarnı belinə yapışmış halda mehrabda ibadət edən gördülər. Hətta onun aclıqdan gözləri belə içəri batmışdı. Peyğəmbər (s) onların bu halına çox narahat olub, kədərləndi.

Elə həmin vaxtda Cəbrayıl Peyğəmbərə (s) nazil olub dedi: «Ey Məhəmməd, al bunu, Uca Tanrı sənin Əhli-beytinə hədiyyə etdi.»

Həzrət Məhəmməd (s) dedi: «Ey Cəbrayıl, nəyi alım?» Bu anda Cəbrayıl «Həl əta ələl insan» surəsini ona qiraət etdi.[2]

 

 

[1]- İnsan surəsi, ayə 5-dən 22-yə qədər.

[2]- Alusi, «Təfsiri ruhül-məani”, c. 29, səh. 157, həmçinin bir çox məşhur sünni alimləri o cümlədən Fəxr Razi, Beyzavi, Nişapuri, Təbəri, Qurtubi və başqaları bu rəvayəti öz kitablarında gətirmişlər.



منابع: İmam Hüseyn və Aşura qiyamı kitabından, müəlliflər: Dr. Tofiq Əsədov və Əfzxələddin Rəhimli
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها İmam Hüseyn (ə) «İnsan» surəsi

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات