ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Kərbəla möhürü ilə səcdə

چاپ
Kərbəla möhürü ilə səcdə

Na­maz qı­lar­kən ye­rə (tor­pa­ğa) və ya yer­də bi­tən (ye­yil­mə­yən və ge­yil­mə­yən) şey­lə­rə səc­də et­mək la­zım­dır. Na­maz ha­lın­da tor­pa­ğa səc­də et­mək, di­gər şey­lə­rə səc­də et­mək­dən da­ha üs­tün­dür. Elə bu sə­bəb­dən də, şiə mü­səl­man­la­r tə­miz tor­paq­dan dü­zəl­dil­miş «mö­hü­rə» səc­də edir­lər. Buna sə­bəb Pey­ğəm­bərin (s. ə) ən mə­şhur və ta­nın­mış hə­di­si­dir: «Yer mə­nim üçün (məs­cid) səc­də­gah və pa­k e­di­ci qə­rar ve­ril­miş­dir!» («Sə­hi­hi-Bu­xa­ri», c 1, s 91. Ca­bir ibn Ab­dul­lah Ən­sa­ri­dən «tə­yəm­müm» fəs­lin­də; Nisai öz «Sə­hih»in­də Ca­bir ibn Ab­dul­lah Ən­sa­ri­dən «Ət-­tə­yəm­müm bis-sə­id» fəs­lin­də; «Müs­nə­di-Əh­məd» ibn Ab­bas­dan, c 1, s 301, «Səhihi-Müslim», c. 1, səh. 371; «Bharül-ənvar», c. 48, səh. 227;  sairdə qeyd olun­muş­dur. Şiə mən­bə­lə­rin­də isə müx­tə­lif tə­ri­qə­tlər­lə bu ba­rə­də çox­lu say­da hə­dis­lər möv­cud­dur.)
Sual: Hə­dis­də «Məs­cid» kəl­mə­sin­dən məq­səd «Səc­də­gah» nə­zər­də tu­tul­ma­mış­dır. Ək­si­nə Al­la­hın evi sa­yı­lan məs­cid­lər qəsd edil­miş­dir.
Ca­vab: Bir ba­şa «tə­yəm­mü­mə» aid olan «Tət­hur» - «Pa­ke­di­ci» kəl­mə­si­nə diq­qət et­dik­də «Məs­cid» kəl­mə­sin­dən məhz «səc­də­ga­hın» nə­zər­də tu­tul­du­ğu ay­dın­la­şır. Yə­ni - tor­paq həm pa­ke­di­ci, həm də səc­də­gah sa­yı­lır!
Əh­li-beyt (ə)-dan çox­lu say­da olan müx­tə­lif hə­dis­lər də, na­maz­da tor­pa­ğı, da­şı və s... səc­də­gah ki­mi ta­nıt­dı­rır. Lakin, əhli-sünnə məzhəbli müsəlmanlar möhürlə səcdə etməsələr də, möhürlə səcdə edən müsəlmanlara qarşı bunun səhv və sirk olduğunu iddia etmirlər. Təkcə vəhhabi firqəsi möhürlə səcdə etməyi sirk və küfr sayır. Halbuki, onların bu əqidəsinin heç bir dini və elmi əsası yoxdur. Bu barədə bir neçə məsələyə diqqət etmək lazımdır:
1-    Möhürlə səcdə etmək sirk və küfr sayıla bilməz. Çünki, yuxarıda qeyd hədisdə də deyildiyi kimi, Peyğəmbərimiz (s) torpağa səcdə etməyə icazə vermişdir. Hətta bu hədis, vəhhabizmin əqidə təməllərinin rəhbərlərindən sayılan İbn Teymiyyənin «İqtizaus-siratil-müstəqim» adlı kitabında da mövcuddur. Bu hədisi nəzərdə almaqla birgə, buna da diqqət etmək lazımdır ki, möhürlə səcdə etmək, elə torpaqla səcdə etmək deməkdir. Sadəcə olaraq, möhürlə səcdə etmək həm gigiyenik qaydalara uyğun, həm də bir sıra mənəvi üstünlüklərə malikdir.
2-    Möhürlə səcdə edən şəxs, Al­la­hın qar­şı­sın­da səc­də edə­rək, öz alın­la­rı­nı hər gün üzə­rin­də ad­dım­la­ya­raq keç­dik­lə­ri tor­pa­ğa qo­yur, öz bən­də­liyi­ni, aciz ol­duğunu Uca Ya­ra­da­na bu yol­la bə­yan edir­. Necə ki, Peyğəmbər (s) buyurur: «Sizlərin hər biriniz, namaz qılarkən, lovğalıq və təkəbbürü özündən uzaqlaşdırmaq və təzim məqsədi ilə alın və burnunu yerə (torpağa) qoymalıdır.» (İbn Əsir, Ən-Nihayə, səh. 144)
3-    Həmçinin, insan bu yolla, hər şeyin ixtiyarının yalnız Allahın əlində olduğuna təkid etməklə, özünün adi bir torpaqdan yarandığını yada salaraq, Tanrı qüdrətinə həmd-səna edərək, öz acizliyinə və itaətkarlığına bir daha etiraf etmiş olur. Belə ki, Hişam ibn Həkəm deyir: İmam Sadiq (ə) buyurdu: «Yalnız yerə (torpağa) və yerdən göyərən (yeyilib-geyilməyən bitkilərə) səcdə etməyə icazə verilmişdir.»
Soruşdum: Nə üçün?
Həzrət (ə) buyurdu: «Çünki, səcdə Allah-təalanın hüzurunda itaət və bəndəlik nümunəsidir. Lakin, yeməli və geyməli şeylərlə səcdə etmək heç də dəyərli ola bilməz. Buna görə ki, dünya əhli yedikləri və geydikləri şeylərin quludur. Səcdə edən şəxs isə, səcdə halında Allaha ibadətdədir. Buna görə də, bəndənin dünyaya aldanan və dünya əhlinin məbuduna alnını qoyması düzgün deyil. Yerə (torpağa) səcdə isə daha fəzilətli olub, Allahın hüzurunda son dərəcə təzim və təvazö nümunəsidir.» (Biharül-ənvar, c. 85, səh. 146.)
Deməli, alnını möhürə qoyaraq, səcdə edən müsəlmanlar möhürə deyil, sidq ürəklə və acizanə Allaha səcdə edirlər. Möhürlə səcdə etmək, möhürə səcdə etmək demək deyildir. Bunun üçün onları müşrik və küfr əhli adlandırmaq, iftira və cəhalətdir.
4-    Peyğəmbərimiz (s) və səhabələri namazda torpağa, daşlara və saxsı parçalarına alınlarını qoyaraq səcdə edirdilər. Cabir ibn Abdullah Ənsari deyir: «Zöhr namazını Peyğəmbərlər (s) birgə qılırdım. Bir ovuc xırda daşları əllərimdə dəyişməklə soyudub, səcdə zamanı alnımı onların üzərinə qoyurdum.» (Kənzül-ümmal, c. 4, səh. 188; Sünəni-ibn Macə, c. 2, səh. 204; Müsnədi-Əhməd, c. 3, səh. 377; Sünəni-Əbi Daduv, c. 1, səh. 110)
Hətta məşhur sünni alimi Beyhəqi bu rəvayəti nəql etdikdən sonra belə deyir: «Əgər namazda paltara yaxud başqa şeylərə səcdə etməyə icazə verilsə idi, daha xırda daşları əldə soyudub, özlərini zəhmətə salmağa ehtiyac olmazdı.» (Möcəmüs-səğir, Təbərani, c. 1, səh. 174)
Bundan əlavə, Peyğəmbərimiz (s) səhabələrin özləri ilə daş gəzdirərək, ondan namaz vaxtı möhür kimi istifadə etmələrini dəfələrlə təsdiqləmiş və təşviq etmişdir. (Sünəni-Beyhəqi, c. 2, səh. 440; Vəfaüs-səfa, c. 2, səh. 655; Sünəni-Əbi Davud, c. 1, səh. 174)
İbn Abbas deyir: «Peyğəmbər (s) daşla səcdə edərdi.» (Beyhəqi, əs-Sünnətül-kubra, c. 2, səh. 102) Həzrət Peyğəmbər (s) bir çox səhabəyə, o cümlədən; Süheybə, Əfləhə, Ribaha, Məaza, Əbu Salehə və başqalarına namaz vaxtı alınlarını torpağa qoymağı əmr etmişdir. Onları namaz qılan halda gördükdə buyurmuşdur: «Alnını torpağa qoy! Üzünü Allaha görə torpağa qoy!» (Səhihi-Termizi, c. 1, səh. 272; c. 2, səh. 221; İrşadüs-sari, c. 1, səh. 405; Müsnədi-Əhməd, c. 3, sh. 301; Biharül-ənvar, c. 85, səh. 156)
Bir çox hədislərdə qeyd edilmişdir ki, Peyğəmbər (s) səhabəni əmmaməli (alnı örtülü) halda namaz qılarkən gördüyündə, onların alnının torpağa deyil parçaya toxunduğunu müşahidə etdikdə, özü onların əmmaməsini alnından çəkmiş, yaxud da, işarə ilə əmmaməsini geri çəkməsinə əmr etmişdir. (Əs-Sünnənül-kubra, c. 2, səh. 105; Müsnədi-Əhməd, c. 6, səh. 58; Əl-İcabə, c. 2, səh. 201; Ət-Təbəqat, c. 1, səh. 151; Biharül-ənvar, c. 85, səh. 157)
Çoxsaylı rəvayətlərdə qeyd olunur ki, hətta yağışlı havada belə Peyğəmbərimiz (s) alnını səcdə zamanı torpağa qoyardı. Onun (s) mübarək alnı və burnu palçığa bulaşardı. Bu da, təmizliyə dəyər verən əziz Peyğəmbərimizin (s) yerə (torpağa, daşa) səcdə etməyə nə qədər əhəmiyyət verdiyinin aşkar nümunəsidir. Aişə, Əbu Səid, İbn Abbas, Vail, Sabit, Abdullah ibn Əbdür-rəhman və sairləri bu haqda hədislər söyləmişlər. (Səhihi-Buxari, c. 1, səh. 207-217; Əl-Müsənnəf, c. 2, səh. 181; Əs-Sünnətül-kubra, c. 1, səh. 104, c. 2, səh. 285; Sünəni-Əbi Davud, c. 1, səh. 209; Müsnədi-Əhməd, c. 4, səh. 315-317)
Həzrət Peyğəmbər (s) elə bu səbəbə də, məscidləri xırda daşlarla döşəməyi əmr etmişdir. Onun (s) vəfatından sonra bunlar həsir və xalçalarla əvəz edildi. (Sirətül-hələbiyyə, c. 20, səh. 80-86)
Dr. Əfzələddin Rəhimli


منابع: Mənbələr mətnin daxilindədir.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Səcdə Kərbəla möhür

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات