ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


Aşura əzadarlığının fəlsəfəsi

چاپ
Aşura əzadarlığının fəlsəfəsi

Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan fəlsəfəsi və faydaları vardı ki, biz onlardan yalnız bir neçəsini nəzərinizə çatdırırıq:

1- Məhəbbət

Qurani-Kərim və çoxsaylı İslami hədislərdə Məhəmməd Peyğəmbərİn Əhlİ-beytini (ə) sevmək, onlara qarşı hörmət və məhəbbət bütün müsəlmanlara vacib edilmişdir. Şura surəsi, 23-cü ayədə buyurulur: «(Ya Məhəmməd) De ki, Əhli-beytimə məhəbbət sevginizdən başqa sizdən heç bir şey istəmirəm!»

Və həmçinin Peyğəmbərimiz (s) buyurur: «Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə məni sevmiş olur.»[1]

Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir. [2] Elə buna görə də, hədislərdə Əhli-beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə tə`kid edilmişdir. Həzrət Əli (ə) buyurur: “Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüzünlü günlərimizdə isə qəmli olurlar. [3]

Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda-qanunlarından sayılır.

2-Mənəvi tərbiyə

Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mə`nəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) həyatını təhlil edərək xalqa açıqlamaqla «nümunəvi insana» xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir. Və İmam Hüseyndən (ə) ilham alaraq fərdi və ictimai həyatında mə`nəvi islahata sarı meyllənir. Necə ki, İmam Sadiq (ə) buyurur: «İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir.»[4]

Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur, olduğu kimi qeyd edildikdə, yalnlz insani hisslərin cəmiyyətimizdə formalaşmasına və mə`nəvi dəyərlərin hakim olmasına xidmət göstərir.

Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt və`d edilmişdir. [5] Peyğəmbərlə (s) birgə cihad etmək kimi dəyərli məqamla bərabər tutulmuşdur. [6]

Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq,daxilimizdəki mə`nəvi boşluğun hökm sürdüyü bir zamanda,onlara necə də ehtiyaclı olduğumuzu gözəl anlayarıq.

3- İlahi xatirəni əbədiləşdirmək

Kərbəla müsibəti olduqca əzəmətliİlahi bir şüar və xatirə sayılaraq,dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad etməyə, Ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani-Kərimdə vacib edilmişdir: «Hər kəs  İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir.» (Həcc surəsi, ayə 32)

Unutmayaq ki, mərhəmət və izzət sahibi Uca Tanrı, Onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri «özünün sadiq dostları» adlandıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, «qurbanlıq bayramı» bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək,  İlahi şüara çevrildi. Deməli Aşura mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu  İlahi xatirəni əbədiləşdirmək, hər müsəlmanın borcudur.

4- Milli – mə`nəvi dəyərlərimizin qorunması

Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük tə`sir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli bu gün o hadisəni yad etmək və diri saxlamaqla, həmin nəticəyə yetişmək olar. Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri saxlamaqla, Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik. Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. Biz də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, İslam yolunda və müqəddəs kitabımız olan Qurani-Kərim uğrunda canından və hətta əhli-əyalından belə keçən şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.

 

 

 



منابع: [1]- «Möcəmül-kəbir», c. 22, səh. 247; «Kənzül-ümmal», c. 13, səh. 662. [2]- «Əl-Məhəbbə fil-kitab vəs-sünnə», səh. 169-170; «Suallar və cavablar», səh 166. [3]- «Biharül-ənvar», c. 44, səh. 287. [4]- «Biharül-ənvar», c. 44, səh. 291; «Kamilüz-ziyarat», səh. 100. [5]- «Kamilüz-ziyarat», səh. 173; «Biharül-ənvar», c. 44, səh. 291 [6]- «Kamilüz-ziyarat», səh. 171.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Əzadarlıq Aşura İmam Hüseyn fəlsəfəsi

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات