ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 ادبیات و پژوهش


İmam Hüseyn (ə) Qurani-kərimin ayələrində

چاپ
İmam Hüseyn (ə) Qurani-kərimin ayələrində

Qurani-Kərimdə İmam Hüseynin (ə) şə`ni və fəziləti barədə o qədər ayələr mövcuddur ki, əgər biz onların hamısını şiə və sünni təfsirlərinə istinad edərək burada qeyd etmək imkanı yoxdur. Amma hissə-hissə saytımızda bu mövzuda silsilə yazılarımız olcaqdır.

İmam Hüseyn (ə) «Mübahilə» ayəsində

«(Ey Peyğəmbər!) Onlara ki, sənə İlahi vəhy gəldikdən sonra səninlə bu məsələdə inad edirlər de: Siz öz oğlanlarınızı və mən öz oğlanlarımı, siz öz qadınlarınızı və mən də öz qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı gətirib mübahilə edək və Allahın lənətini yalançılara diləyək.» Ali İmran surəsi, ayə 61

Müqəddəs Peyğəmbərimiz Həzrət Məhəmməd (s) hicrətin doqquzuncu ili Hicazın Nəcran məntəqəsində yaşayan xristian keşişlərinə məktub yazaraq onları İslam dinini qəbul etməyə dəvət etdi. Əks təqdirdə isə, İslam dövlətində yaşayıb müsəlmanlara aid olan imkanatlardan istifadə etdiklərinə görə cizyə (vergi) vermələrini tələb etdi. Lakin xristian keşişləri nə müsəlman olmağı, nə də cizyə verməyi qəbul etdilər. Bu zaman Allah-taala əziz Peyğəmbərimizə (s) onlar ilə mübahilə[1] etməyə əmr etdi: «Onlara ki, sənə İlahi vəhy gəldikdən sonra səninlə bu məsələdə inad edirlər de: Siz öz oğlanlarınızı və mən öz oğlanlarımı, siz öz qadınlarınızı və mən də öz qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı gətirib mübahilə edək və Allahın lənətini yalançılara diləyək.»

Sünni məzhəbinin böyük müfəssiri Fəxr Razi bu ayənin təfsirində yazır:

Allahın Rəsulu (s) özünün və İslamın haqq olma dəlillərini Nəcran xristianları üçün bəyan etdi. Lakin onlar inad edərək öz nadanlıqlarını davam etdirdilər. Bu zaman Həzrət Peyğəmbər (s) buyurdu: «Tanrım mənə göstəriş verib ki, əgər mənim dəlillərimi qəbul etməsəniz sizinlə mübahilə edim!»

Onlar dedilər: « Ey Əbul Qasim, biz evə qayıdıb fikirləşək sonra sənin cavabını verərik.»

Onlar evə qayıdıb məsləhətləşdilər... Sonda bu nəticəyə yetişdilər ki, Həzrət Məhəmmədlə (s) mübahilə etsinlər.

Mübahilə gününün vaxtı təyin oldu. Həzrət (s) çiyninə qara əba ataraq İmam Əlini (ə) yanına çağırdı. Sonra isə Hüseyni (ə) qucağına alıb (O zaman İmam Hüseynin (ə) 5-6 yaşı var idi.) Həsənin (ə) isə əlindən tutdu. (Həzrət) Fatimə isə o Həzrətin arxasınca gəlirdi. Allahın rəsulu onlara buyurdu: «Mən hər vaxt dua etsəm siz amin deyin!»

Nəcranın böyük keşişi bu mənzərəni görüb öz ətrafındakılara dedi: «Ey məsihilər, mən elə bir çöhrələri görürəm ki, əgər onlar Allahdan istəsələr dağı yerindən qopartsın, Allah bu işi onlara xatir edəcək. Bunlarla mübahilə etməyin ki, məhv olarsınız və belə olan halda qiyamət gününə qədər bir nəfər də xristian yer üzündə qalmayacaq.»

Nəcran məsihiləri böyük keşişin dediklərinə qulaq asıb Rəsulullahın (ə) yanına gəlib dedilər: «Biz qərara gəldik ki, səninlə mübahilə etməyək...»

Peyğəmbər (s) buyurdu: «O zaman siz müsəlman olun və İslam hökumətinin bütün imkanatlarından başqa müsəlmanlar kimi istifadə edin.»

Onlar yenə də öz inadlarına davam edərək Peyğəmbərin (s) təklifini qəbul etmədilər. Peyğəmbər (s) buyurdu: «Belə olan halda gərək mən sizə döyüş elan edəm!»

Məsihilər dedilər: «Bizim sizinlə döyüşməyə gücümüz çatmaz, lakin sizinlə müqavilə bağlamağa hazırıq. Belə ki, hər il sizə iki min came verək. Minini Səfər ayında, minini Rəcəb ayında və otuz ədəd zireh də verək. Bu şərtlə ki, bizimlə və bizim dinimiz ilə işiniz olmasın.»

Rəsulullah (s) buyurdu: «And olsun Allaha ki, canım onun əlindədir, az qalmışdı ki. Nəcran əhalisinə bəla nazil olsun. Əgər onlar bizimlə mübahilə etsəydilər hamısı meymun və donuz şəklinə düşəcəkdilər. Və onların başına od yağacaqdı. Allah-taala Nəcran əhalisini, hətta onların ağaclarının üstündə olan quşları belə məhv edəcəkdi. Və bir il çəkməyəcəkdi ki, bütün xristianlar nabud olacaqdı.»[2]

Rəvayətə görə Həzrət Peyğəmbər (s) həmin halda (Həzrət) Həsən, (Həzrət) Hüseyn, (Həzrət) Fatimə və (Həzrət) Əlini –Allah onlardan razı olsun– öz əbasına alıb buyurdu:

«Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir.»

Fəxr Razi bunları söylədikdən sonra yazır: «Söylədiyim hədis və rəvayəti bütün müfəssir və hədisçilər qəbul edirlər.»[3]

Gördüyünüz kimi Həzrət Peyğəmbər (s) Həzrət Həsən (ə) və Həzrət Hüseyni (ə) özü ilə mübahiləyə gətirməklə Qur`an ayəsində zikr olunmuş «oğlanlarım» dan məqsədi açıqladı. Necə ki, Həzrət Fatiməni (ə) gətirərək Əhli-beyt xanımını və Həzrət Əlini gətirməklə ayədə deyilmiş «canlarımdan» məqsədin kim olduğunu əməli şəkildə göstərdi.

Mərhum şəhid Qazi Nurullah Şuştəri yazır: «Bütün təfsirçilər Ali-İmran surəsinin 61-ci ayəsində deyilmiş «oğlanlarımızdan» məqsədin İmam Həsən və İmam Hüseyn, «qadınlarımızdan» məqsədin Həzrət Fatimə (ə) və «canlarımızdan» məqsədinsə İmam Əli (ə) olduğunu bəyan etmişlər.[4]



منابع: [1]- «Mübahilə» iki nəfərin və ya iki qrupun bir-birlərini nifrin etmək və Tanrı dərgahından nahaq tərəfin aradan getməsini istəməkdir. [2]- «Mübahilə» hadisəsi sünni mənbələrində: 1- Səhihi-Müslhm, c.7, səh.120. Səhihi-Termizi, c.5, səh.596. Müsnədi-Əhməd, c.1.səh.185 [3]- «Təfsiri-Kəbir», Ali İmran surəsi, 61-ci ayənin təfsirində. [4]- «İhqaqül-həqq», c. 3, səh. 46.
ارسال کننده: مدیر پورتال
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

برچسب ها Quran İmam Hüseyn Ayə Mübahilə

مطالب مشابه


1
اربعین عطش‎‎های پرپر
کاروان خاطرات، بازگشته است از جایی که چهل روز گذشته است از ماتم‎های سرخ، از عطش‎های پرپر شده است
 1395/04/27
2
پژوهشی در اربعین حسینی(علیه السلام)
محسن رنجبر. حضور اهل بیت(علیهم السلام) در اولین اربعین شهادت امام حسین(علیه السلام) بر سر مزار آن حضرت در کربلا از مسائلی است که در قرون اخیر برخی محققان شیعه درباره آن تشکیک کرده اند. در مقابل، برخی دیگر از اندیشمندان، درصدد رد این تشکیک و اثبات اربعین اول شده اند. این نوشتار ابتدا به دلایل منکران اربعین اول پرداخته و در ادامه به پاسخ گویی آن ها می پردازد، سپس با استفاده از قراین و شواهد دیگر، دیدگاه موافقان اربعین اول را تأیید می کند.
 1395/04/27
3
تحقیقی در باره اربعین حسینی
مسئله اربعین سید الشهداء(علیه السلام) و این که آیا خاندان آن حضرت پس از رهایی از اسارت یزید قصد عزیمت به کربلا را داشته و نیز آیا توانسته اند در آن روز به زیارت آن مضجع شریف نایل آیند و مرقد مطهرش را زیارت کنند، از جمله مسائلی است که از دیرباز صاحب نظران در باره آن اختلاف نظر داشته و هریک با استشهاد به ادله تاریخی برای اثبات یا نفی آن تلاش کرده اند
 1395/04/27

نظرات


ارسال نظر


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات