ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 احادیث


Günahdan belə uzaqlaşa bilərsən

چاپ

«Bir nəfər İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər övladı, mən günahkaram və günahlardan çəkinə bilmirəm. Mənə yol göstər.»

Həzrət Hüseyn (ə) buyurdu: «Beş işin öhdəsindən gəl, sonra isə hər nə qədər istəsən günah et.»

Birinci: Allahın ruzisini yemə, hər nə günah edirsən, et.

İkinci: Allahın vilayətindən (hökmranlığından) xaric ol və nə qədər günah istəyirsən edirsən, et.

Üçüncü: Elə bir yerə get ki, Allah səni görməsin, sonra istədiyin günaha giriş.

Dördüncü: Ölüm mələyi canını almağa gələrkən, ona mane ol, və  hansı günahı edirsən, et.

Beşinci: Cəhənnəm mələyi səni oda atarkən qoyma, sonra hansı günahı istəsən et.»

 


منابع:   «Biharül-ənvar», c.78, səh.126

 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات