ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 کلام بزرگان


Ayətullah Cavadi Amuli: Ziyarətgahlarda tövhid dərsi

چاپ

Ziyarətgahlarda qılınan namazlar və oxunan ziyarətnamələr bizə tövhid dərsi verir. Misal olaraq, İmam Zamana (ə) hədiyyə edilən namazların birində 100 dəfə “Təkcə sənə ibadət edir, təkcə səndən yardım diləyirik” ayəsinin deyilməsi lazım gəlir.

Bu xətt və tövhid təlimi ziyarətgahlarda, məsumların hərəm və məqbərələrinə daxil olanda da ortaya qoyulur. Hətta ziyarətnaməni oxumamışdan qabaq, o məsum imamın qəbrinə tərəf istiqamət almamışdan öncə 100 dəfə tövhid kəlməsini , yəni “Allahu əkbər” deyilməsi istənilir. Bu Came – Kəbirə duasında qeyd edilən bir ilahi təlimdir ki, zərihə - məsum imamın qəbrinin dövrəyə alındığı qiymətli filiz otaq - qaba çatana kimi “Allah böyükdür” söyləyirik.

Bundan sonra Came – Kəbriə ziyarətnaməsini oxumağa başlayırıq.

Tövhid qayda – qanunlarını bilən ziyarətçilər yaxşı başa düşürlər ki, məsum din rəhbərlərə təvəssül edəndə onları vasitə və feyz və xilqət yol və kanalı olaraq qəbul edirlər:

«بکم فتح الله، و بکم ختم الله و بکم ینزل الغیث و الرحمه و بکم یمسک السماء أن تقع علی الارض»

“Allah sizinlə başladı, Allah sizinlə tamamlayacaq. Sizə görə yağış, rəhmət nazil olur. Sizə görə səma yerə düşməməsi üçün tutulur saxlanılır”.

Bu sözləri oxuyan ziyarətçi yaxşı anlayır ki, mələklər Allahın izni ilə onun tapşırıqlarını yerinə yetirdikləri kimi qəbrini ziyarət etdyi şəxs də bu məqama, əlbəttə ki, Allahın izni və tapşırığı ilə malkidir.

Ayətullah Cavadi Amulinin “İmam Mehdi (ə.f); vədə verilmiş varlıq” kitabından iqtibas edilib. \Şəbistan X. A

 


منابع:   “İmam Mehdi (ə.f); vədə verilmiş varlıq” kitabı
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

مطالب مشابه


Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات