ستاد مرکزی اربعین|کمیته فرهنگی، آموزشی

banner-img banner-img-en
logo

 کلام بزرگان


Ayətullah Seyyid Əli Xamenei və İmam Hüseyn (ə) əzadarlığı

چاپ

 

*      Ən böyük nemətlərdən biri, bizim Şiə cəmiyyəti üçün Hz. İmam Hüseyn (ə) xatirəsi və onu yad etmək, yəni əzadarlıq məclisləri neməti, Məhərrəmlik ayı neməti və Aşura nemətidir.  

 

 

*      Məhərrəmlik ayında, Quran və İslam təlimləri olan Hüseyn (ə) və Əli (ə) bilgisini xalqa bəyan edin.

 

 

*      Əzadarlıq günlərində hər yerdə matəm saxlayan və əzadarlıq məclisləri təşkil edən, xüsusilə də Aşura günü günorta namaz camaat namazı qılan, beləliklə də Peyğəmbər (s) ailəsinə öz hörmətini bildirən bütün bacı-qardaşlara bu günlərə dəyər verdikləri üçün minnətdarlıq etməyi özümə borc bilirəm.

 

 

 *      İslam ümməti və və İslam cəmiyyəti heç vaxt Aşura hadisəsini bir dərs kimi, bir ibrət kimi və bir hidayət bayrağı olaraq unutmamalıdır. Şübhəsiz ki, İslam Aşura və Hüseyn İbn Əli (ə) sayəsində diridir.

 

*      Əgər Hüseyn İbn Əli (ə)-ın böyük fədakarlığı olmasaydı – ki, bu fədakarlıq tarixin vicdanını əsaslı şəkildə oyatdı,- Hicrətin elə birinci əsrində və ya ikinci əsrin yarısında İslam dini tamamilə yox ola bilərdi.

  

*      Hz. İmam Hüseynin (ə) Kərbəlada hərəkəti, babası Məhəmməd peyğəmbərin (s) Besətdəki hərəkəti ilə oxşar və müqayisə olunandır. Məsələ budur. Necə ki, Peyğəmbər orada təkbaşına dünya ilə qarşı-qarşıya idi, İmam Hüseyn də Kərbəla hadisəsi zamanı təkbaşına dünya ilə qarşı-qarşıya durmuşdu.

 

 *      İmam Hüseyni (ə) yalnız Aşura günü ilə tanımaq olmaz; o, İmam Hüseynin cihadının bir hissəsidir. Onun bəyanına, yaxşılığa çağırışına və pislikdən çəkindirməyinə, elə o Mina və Ərəfatda müxtəlif məslələri izah etməsinə, alimlərə müraciətinə daha sonra Kərbəla istiqamətində, həm də Kərbəlanın öz səhnəsində, tanımaq lazımdır.

 

*      Aşura dərsi, fədakarlıq, dindarlıq, cəsarət və bərabərlik dərsi, Allah yolunda qiyam etmək dərsi, eşq və məhəbbət dərsidir.

 


منابع:   Xamenei əzadarlıq İmam hüseyn
 عضویت در کانال آموزش و فرهنگ اربعین

چاپ

Arbaeentitr

 فعالیت ها و برنامه ها

 احادیث

 ادعیه و زیارات