سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

Nimeyi-Şəban gecəsində milyonlar Kərbəlaya axışıb

Nimeyi-Şəban gecəsində milyonlar Kərbəlaya axışıb


Nimeyi-Şəban (şəban ayının 15-ci günü) gecəsi milyonlar Kərbəla şəhərində axışıb.

 

Al-Kafeel saytına istinadən dəyərlər saytı xəbər verir ki, İraq daxilindən və xaricindən gələn milyonlarla zəvvar Həzrət İmam Mehdi Sahibəz-Zamanın (ə.f) mübarək mövludunu İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmlərində keçirmək üçün Kərbəla şəhərinə gəliblər.

 

Mütəhhər hərəmlərin rəhbərliyindən bildiriblər ki, Nimeyi-Şəban tarixi Ərbəin günündən sonra zəvvarların Kərbəlaya ən çox axın etdiyi gündür. Bu münasibətlə Kərbəla şəhərində zəvvarların rahatçılığını təmin etmək üçün xüsusi hazırlıqların da görüldüyü bildirilib.