جمعه 31 فروردین 1403

14 August 2023

Avstraliyanın İrandakı səfiri İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət etdi

Avstraliyanın İrandakı səfiri İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət etdi


Mayın 11-də Avstraliyanın İrandakı səfiri Ayan Biqz Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmini ziyarət edib.

 

Astan News-a istinadən xəbər verir ki, Ayan Biqz səfər çərçivəsində, Qüds Rəzəvi ostanının qəyyumunun vəkili Seyyid Mürtəza Bəxtiyari ilə də görüşüb. Bunu dəyərlər saytı yazıb.

 

Bəxtiyari keçən il İmam Rzanın (ə) müqəddəs ziyarətgahının 30 milyondan çox ziyarətçini qəbul etdiyini qeyd edərək, bu rəqəmin təxminən 4 milyonun nəfərin xaricdən gəldiyini bildirib: "Qüds Rəzəvi ostanı vəqf olunmuş mülkiyyətləri ilə idarə edilir və hökumətdən heç bir dəstək almır, bu kompleks Əhli-Beyt (ə) aşiqləri və xalqın könül verdiyi bir kompleksdir. Əsrlərdir ki, xalqın qəlbi inam və sevgi ilə İmam Rzanın (ə) ziyarətçilərinin problemlərini həll etmək və yoxsullara dəstək vermək üçün öz əmlaklarını bu müqəddəs məkanın ixtiyarına verilməsinə dair vəqfnamələr mövcuddur. Biz də bu müqəddəs məkanın xidmətçisi kimi Qüds Rəzəvi ostanının qəyyumunun göstərişi ilə ən vacib vəzifəmizin zəvvarlara uyğun bir şəkildə xidmət etmək olduğuna inanırıq".

 

Bəxtiyari görüşdə verdiyi açıqlamasında, Qüds Rəzəvi ostanının misilsiz arxitekturası, kitabxanaları və muzeylərindəki əsərlərin misilsizliyindən də danışıb.

 

İnsanların canlarının qorunması və insansevərliyə dair Quran ayələri və İslam mənbələrdəki rəvayətlərə toxunan Bəxtiyari belə danışıb: "İŞİD kimi qrupların ağıl, şəriət və vicdandan uzaq hərəkətlərindən təəccüblənirik. Amerika və bəzi Qərb ölkələrinin bu terrorçu qruplara verdiyi dəstək təəssüfvericidir".

 

Avstraliyanın İrandakı səfiri Ayan Biqz də öz növbəsində İmam Rzanın (ə) müqəddəs ziyarətgahında olmaqdan məmnun olduğunu bildirib: "Minlərlə insanın bu mənəvi məkanda etimad və əmin-amanlıq içində ibadətlə məşğul olduğunu görmək, çox maraqlıdır".

 

Biqz Qüds Rəzəvi ostanı və Avstraliya elmi iqtisadi təşkilatları və universitetləri arasında birgə əməkdaşlıq imkanlarına vurğu edərək belə deyib: "Müxtəlif sahələrdə əməkdaşlıq səviyyəsini artırmağa ümid edirik".