پنج شنبه 9 فروردین 1403

14 August 2023

0.98 millimetrlik dünyanın ən kiçik Qurani-Kərimi nümayiş edildi

0.98 millimetrlik dünyanın ən kiçik Qurani-Kərimi nümayiş edildi


Türkiyədə Çanaqqala Ticarət Palatası 4-8 may tarixləri arasında ənənəvi əl işləri festivalını təşkil edib.

Anadolu-ya istinadən dəyərlər saytı xəbər verir ki, Türkiyənin bir çox bölgəsindən Çanaqqalaya gələrək, festivalın keçirildiyi parkda stend açan sənətkarlar hazırladıqları əsərləri sərgiləyiblər.

5 gün davam edəcək festivalda Xətti Qubari və Müttəka stendində yerləşən 0.98 millimetrlik dünyanın ən kiçik Qurani-Kərimi böyük diqqət cəlb edib.

39 ildir əl işləri ilə məşğul olan Necati Korkmazın 7 il əvvəl 3.5 il ərzində yazdığı 120 səhifəlik Qurani-Kərimi sərgi iştirakçıları lupa ilə baxaraq, seyr edirlər.