پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İraq parlamentinin sədri İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdi

İraq parlamentinin sədri İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etdi


İraq parlamentinin sədri Səlim Əl-Cəburi Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

İmamali saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edən Səlim Əl-Cəburi hərəmin qəyyumu Seyid Nizar Haşim Həbl Əl-Mətin ilə də görüşüb. İraq parlamentinin sədri ziyarəti əsnasında hərəmdə görülən təmir işləri ilə də maraqlanıb.

"İmam Əlini (ə) ziyarət etmək bizim üçün dini və mənəvi vəzifədir", - deyə Səlim Əl-Cəburi bildirib. Xəbər dəyərlər saytına istinad edilir.