جمعه 31 فروردین 1403

14 August 2023

Hindistanda Hz. Əlinin (ə) mövludu münasibətilə Quran məclisləri keçiriləcək

Hindistanda Hz. Əlinin (ə) mövludu münasibətilə Quran məclisləri keçiriləcək


İmam Əlinin (ə) mübarək mövludu günü  ilə yanaşı, mübarək Rəcəb ayının 13-də Hindistanda İraqın beynəlxalq dərəcəli qarilərinin iştirakı ilə Quran qiraəti məclisləri keçiriləcəkdir.

İmamət, Vilayət və Ədalət günəşi, möminlərin mövlası Həzrət İmam Əlinin (ə) mübarək mövludu günü ilə eyni zamanda, yəni mübarək Rəcəbul-mürəccəb ayının 13-də, Hindistanda İraqın müqəddəs ziyarətgahlarının beynəlxalq dərəcəli qarilərinin iştirakı ilə Quran-Kərimin nurlu tilavət və qiraəti məclisləri keçiriləcəkdir.

Bu tilavət və qiraət məclisləri Hindistanda hər il keçirilməkdə olan "Möminlərin Mövlası İmam Əli (ə)" adına 5-ci mədəniyyət festivalının haşiyəsində baş tutacaqdır.

"Möminlərin Əmiri İmam Əli (ə)" adına mədəniyyət festivalı Hindistanda hər il mübarək Rəcəb ayının 13-də keçirilir.

Bu festival Hindistanda hər il İraqda Həzrət Abbasın (ə) müqəddəs ziyarətgahının təşəbbüsü ilə keçirilir. Və İraqın digər müqəddəs ziyarətgahları da bu işdə Həzrət Abbas (ə) ziyarətgahı ilə həmkarlıq edir.

Şeyx Əli əl-Fətlavi – İraqın İmam Hüseyn (ə) ziyarətgahının idarə heyətinin Hindistan festivalındakı nümayəndəsi, bu barədə dedi: "Hindistanda keçirilən "Əmirul-Möminin İmam Əli (ə)" mədəniyyət festivalında kitab sərgisi, məscidlərin ziyarəti, Hindistan Hüseyniyyələrinə baxış, yetim evlərinə baş çəkmək, dini və etiqadi yarışların keçirilməsi, Əhl-Beyt (ə) məktəb və mədəniyyətinin genişləndirilməsi üçün proqramlar və İraqın müqəddəs ziyarətgahlarının beynəlxalq dərəcəli qarilərinin iştirakı ilə Quran-Kərimin tilavət və qiraət məclislərinin qurulması kimi proqramlar icra edilir". Xəbər maidə saytına istinad edilir.