چهارشنبه 29 فروردین 1403

14 August 2023

Rusiyalı qadın 16-cı əsrə aid Qurani-Kərimi məscidə hədiyyə etdi

Rusiyalı qadın 16-cı əsrə aid Qurani-Kərimi məscidə hədiyyə etdi


Əslən rusiyalı olan Anaşka Hacimuradova adlı xanım Londonda əlindəki Quran üçün təklif olunan 45 milyon rubldan (təxminən 800 min dolları) imtina edib.

Sputnik-ə istinadən dəyərlər saytı xəbər verir ki, Anaşka Hacimuradova babasının ölümündən sonra əşyalarının arasında aşkar etdiyi 16-cı əsrə aid Qurani-Kərim barədə danışıb.

Kitabın xarici görünüşündən çox dəyərli olduğunu başa düşdüyünü deyən Hacimuradova, əvvəlcə kitabı satmağa qərar verdiyini, bu səbəbdən dəyərinin müəyyən edilməsi üçün kitabı iki dəfə ekspertizadan keçirdiyini bildirib.

"Mütəxəssislər Quran kitabının 16-cı əsrin əvvəllərinə aid olduğunu təsdiqlədi, hətta içində nə vaxt kimdən kimə təhvil verilməsinə dair bir siyahı da var. Londonda həmin Quran üçün əvvəl 12 milyon rubl təklif etdilər, sonra 45 milyon rubla (təxminən 800 min dollar) qədər artırdılar", - deyə o bildirib.

Təkliflərdən imtina etdiyini deyən Hacimuradova kitabı məscidə bağışlamağa qərar verib. "Pulla xoşbəxtlik qura bilməzsiniz, fikirlərimizi dəyişdirdik və hədiyyə etməyə qərar verdik. Məscidə gedib orada həmişə onu görə bilərəm, uşaqlarıma, yaxınlarıma göstərərəm, çünki orada daha uzun müddət qoruna biləcək. Quran qədimdir və əl yazısıyla Suriyada yazılmışdır. Hamı necə yaxşı qorunmasından təəccübləndi, yazılar çox rahat oxunur", - deyə xanım bildirib.