شنبه 8 اردیبهشت 1403

14 August 2023

Məkkənin tarixi sütunlu dəhlizlərinin genişləndirilməsi

Məkkənin tarixi sütunlu dəhlizlərinin genişləndirilməsi


Məkkənin tarixi sütunlu dəhlizlərinin genişləndirilməsi işlərinin 90%-i başa çatıb.

Məkkədə Məscidül Həramın genişləndirilməsi layihəsinin rəsmilərindən biri Kəbə ətrafında təvaf edilən həyətin tarixi sütunlu dəhlizlərinin (rəvak) təmir edilməsi və yenilənməsi işlərinin 905-nin başa çatdığını bildirib.

Shafaqna xəbər verir ki, Məscidül Həramın genişləndirilməsi layihəsinin rəsmisi hazırda tarixi sütunlu dəhlizlərlə bağlı işlərin 10%-nin Məsanın (Səfa və Mərvə arasında səy olunan yer) yanındakı cənub və şərq, iki küncünün inşası üzrə davam etdiyini deyib.

Məkkə tarixi sütunlu dəhlizlərinin qalan işləri səs, elektrik, kondisioner və rabitə sistemlərinin görülməsini əhatə edir. Xəbər dəyərlər saytına istinad edilir.