logo logo
  • تاریخ انتشار:‌ 1396/01/10 - 12:00 ق.ظ
  • چاپ
Kərbəlada Hz. Mehdi (ə) məqamının genişləndirilməsinin ikinci mərhələsi başladı

Kərbəlada Hz. Mehdi (ə) məqamının genişləndirilməsinin ikinci mərhələsi başladı

Kərbəlada Hz. Mehdi (ə) məqamının genişləndirilməsinin ikinci mərhələsi başladı

Kərbəla şəhərində Həzrət İmam Mehdi (ə.f) məqamının genişləndirilməsi layihəsi işlərinin ikinci mərhələsinə start verilib.

Al-Kafeel saytına istinadən xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin təşkilatçılığı və hərəmin mühəndis idarəsinin birbaşa nəzarəti altında həyata keçirilən layihə plana uyğun həyata keçirilir.

Layihənin ikinci mərhələsində Fərat çayının qolunun hər iki tərəfini birləşdirən beton dirəklər yerləşdirilir. Yerləşdirilən 15 beton dirəyin hər birinin çəkisi 10 tondur. Dirəklərin uzunluğu 14 metr, eni isə 85 sm-dir. Bundan sonra beton dirəklər üzərinə beton panellər yerləşdiriləcək.

Həzrət İmam Mehdi (ə.f) məqamının genişləndirilməsi layihəsi bir neçə hissədən ibarətdir. Birinci hissə çərçivəsində, xanımlar üçün təxminən 490 kvadratmetrlik bir otaq, ikinci hissədə isə kişilər üçün 310 kvadratmetrlik otaq və 150 kvadratmetrlik xidmət işləri hissəsi inşa ediləcək. Bu hissələrin hər biri 6 metr hündürlüyə malikdir.

Bu məkanın Həzrət İmam Mehdinin (ə.f) məqamı kimi adlandırılmasının səbəbi Həzrətin (ə.f) burada namaz qılması və sonra getməsilə əlaqədardır. Bu məqam 1991-ci ildə reallaşan Şaban Ayı İntifadasından sonra, devrilmiş diktator Səddam Hüseyn tərəfindən demək olar ki, tamamilə dağıdılmışdır. Amma qısa bir müddətdən sonra yenidən inşa edilmişdir. BƏƏS rejiminin devrilməsindən sonra Həzrət İmam Mehdinin (ə.f) məqamında bir sıra təmirlər edilmişdir. Bu haqda dəyərlər saytı məlumat verib.

 

مطالب مشابه