شنبه 1 اردیبهشت 1403

14 August 2023

İran və Səudiyyə Ərəbistan Həcc məsələsində razılaşdı

İran və Səudiyyə Ərəbistan Həcc məsələsində razılaşdı


Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi elan edib ki,  İranın Həcc və Ziyarət Təşkilatı ilə  iranlıların  cari ilin Həcc mövsümündə ziyarətdə iştirak etməsi ilə bağlı razılıq əldə olunub.  

Maidə saytı xəbər verir ki,  Səudiyyə Ərəbistanın  “SPA” agentliyinin məlumatına görə,  Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi bu gün bəyanat yayaraq bildirib ki,  iranlı hacıların  qarşıdan gələn Həcc mövsümündə ziyarətə qatılması üçün lazimi addımlar atılıb.

Bəyanatda bildirilir ki, hər bir məzhəb və milliyyətdən olmasından asılı olmayaraq dünyanın müxətlif ölkələrindən bütün hacıların, Ümrə ziyarətçilərin və digər zəvvarların  təhlükəsizliyini və asayişini təmin etmək  üçün ölkəmizin (Səudiyyə Ərəbistanın) bütün  maddi və insani  güc və ehtiyatından istifadə edəcəyik.  

Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib.