چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

İran- Ərəbistan Həcc danışıqları fevralın sonunda baş tutacaq

İran- Ərəbistan Həcc danışıqları fevralın sonunda baş tutacaq


Bunu Ali Rəhbər Ayətullah Xameneinin Həcc Mərasimindəki nümayəndəsi höccətül-islam Seyyid Qazi Əskəri deyib. 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül-islam Seyyid Qazi Əskəri deyib ki, İranın nümayəndə heyəti bu məqsədlə fevral ayının 23-də Səudiyyə Ərəbistana səfər edəcək. “Səfərin tarixi Səudiyyə tərəfiindən elan olunub və biz də həmin tarixdə ora səfər edəcəyik. Ümid edirik bu görüşdə onlarla müəyyən razılığa gələcəyik”

Qabaqcadan da xəbər verdiyimiz kimi, Höccətul- İslam vəl- müslimin Seyid Əli Qazi Əskər həftənin birinci günü Ərəbistanın İrana bu ilin Həcc mərasimi üçün rəsmi dəvətnamə göndərdiyini xəbər verib.

APA-nın Tehran bürosunun məlumatına görə də, İran ali dini rəhbəri Əli Xameneyinin Həcc Mərasimindəki nümayəndəsi Höccətül-islam Seyyid Qazi Əskər bildirib ki, məqsəd Həcc mərasimi ilə bağlı danışıqlar aparmaqdır.

“Ümid edirik ki, danışıqlarda onlarla müəyyən razılığa gələcəyik. Cari ildə Həcc mərasiminin keçirilməsi ilə bağlı hələlik heç bir məsələ müəyyənləşməyib. Şərtlərimiz yerinə yetirilməyənədək Həcc mərasimində iştirak etməyəcəyik. Çünki problemlər həllini tapmalıdır”.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2015-ci ildə Minada baş verən faciədən sonra pisləşib. Həmin hadisədə 464 iranlı zəvvar ölüb. Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib.