شنبه 1 اردیبهشت 1403

14 August 2023

Peyğəmbər (s) doğulan zaman dağılan Kəsra Darvazasının fotosu

Peyğəmbər (s) doğulan zaman dağılan Kəsra Darvazasının fotosu


“Peyğəmbər doğulan gecə Kəsranın Darvazası uçdu, onun 14 eyvanı dağıldı, İranın atəşgahı söndü, halbu ki min ildən artıq idi ki yanırdı, bu zaman Savə gölü də qurudu”

İslaminSesi.info xəbər verir ki, Peyğəmbərin doğulduğu gecə İran imperiyasında baş verən hadisələr “Tarixu Mədinət Diməşq”, “əl-Xəsais əl-Kubra”, “Təbiəri Tarixi”, “Qəvanin Beyhəqi”, “Dəlailun-Nubuvvə” və sair mənbə əsərlərində glib.

Peyğəmbərin doğulan zamanı İran imperiyasında baş verən hadisələrdən Kəsra Darvazasının (və ya Kəsra Eyvanı və ya Mədain Eyvanı )dağılması daha çox diqqət çəkir.

Qeyd edək ki bu tarixi abidə sırf İran Sasani imperiyasının güc və qüdrətini dünyaya nümayiş etdirmək üçün tikilmişdi. Bu əzəmətli tarixi abidə Birinci Şahpurun (241-272) zamanında tikilib. İran Sasani imperiyasına ( paytaxtı Tisfun və ya Mədain, hazırda Bağdadın 40 km cənubunda Dəclə çayı yaxınlığında yerləşir) gələn səfirlər bu darvazadan keçməli idilər.

Abbasilərin ikinci xəlifəsi Əbu-Cəfər Mənsur bu abidəni söküb, onun materiallarından Bağdadda Abbasi qəsrini tikmək istədi. Amma bütün vasitələrdən istifadə etsə də bu darvazanı sökə bilmədi. Deyerler saytı.