پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Tehranda 30-cu Beynəlxalq Vəhdət konfransı öz işinə başladı

Tehranda 30-cu Beynəlxalq Vəhdət konfransı öz işinə başladı


Dekabrın 15-də İranın paytaxtı Tehranda 30-cu Beynəlxalq Vəhdət konfransı öz işinə başlayıb.

Dəyərlər saytı İRNA-ya istinadən xəbər verir ki, 3 gün davam edəcək konfrans, "Vəhdət və təkfirçi cərəyanlara qarşı mübarizənin zərurəti" başlığı altında keçirilir. Bu konfransda İslam Məzhəblərini Yaxınlaşdırma Baş Assambleyasının üzvlərilə yanaşı, dünyanın ən azı 50 ölkəsindən din alimi və fikir sahibləri iştirak edir.

Müsəlmanların arasında təfriqə salan təkfirçi cərəyanların rolu, həmçinin, təkfirçi təşkilatlar vasitəsilə İslam dünyasının parçalanmasında müstəmləkəçilərin rolu, təkfirçi təhlükəsi və düşmənin təkfirçi cərəyanları pis məqsədlərində istifadə etməsi 30-cu Tehran Beynəlxalq Vəhdət konfransının əsas başlıqlarını təşkil etdirir.

Qeyd edək ki, İslam Məzhəblərini Yaxınlaşdırma Qurumunun rəhbəri Ayətullah Möhsün Əraki dekabrın 13-də iştirak etdiyi bir mətbuat konfransında Beynəlxalq Vəhdət Konfransının Tehranda keçirilməsinin, düşmənlər qarşısında İslam dünyasının birlik və həmrəyliyinə bir nümunə olduğunu qeyd etmişdir.