جمعه 10 فروردین 1403

14 August 2023

Rusiyanın Kızlyar şəhərində Ərbəin mərasimi

Rusiyanın Kızlyar şəhərində Ərbəin mərasimi


Hər il olduğu kimi, bu il də, Rusiyanın Kızlyar şəhərində İmam Hüseyn (ə) məscidində Ərbəin məraimi təşkil edildi. Çox saylı izdihamın iştirak etdiyi mərasimdə Höccətül-islam Kərbəlayi Ruhid çıxış edərək, Ərbəin əzəmətindən, Həzrət Hüseynin əxlaqi-mənəvi səciyyələrindən və həmçinin Həzrət Zeynəbin (ə) rolundan söhbət açmışdır. Mərasimdə rövzələr oxunmuş, mərsiyələr söylənmişdir. Ardınca camaat namazı qılınaraq ehsanlar edilmişdir. Allah qəbul etsin!