جمعه 10 فروردین 1403

14 August 2023

Ərbəin münasibətilə Şələmçe sərhəd-keçid məntəqəsində 214 metrlik əza bayrağı qaldırıldı

Ərbəin münasibətilə Şələmçe sərhəd-keçid məntəqəsində 214 metrlik əza bayrağı qaldırıldı


214 metrlik qırmızı İmam Hüseyn (ə) bayrağı Abadan və Xürrəmşəhr zəvvar xadimlərinin yardımı ilə sərhəd-keçid məntəqəsində ucaldılıb.

Bu bayrağın qaldırılması, Ərbəin zəvvarlarına xidmət edəcək istirahət dayanacaqlarının rəsmi şəkildə fəaliyyətə başlamasını xəbər vermək üçün icra edilən ritualdır.

Əvvəllər bu bayrağın uzunluğu, iki metr olmuşdur, indi isə 214 metrə qədər ucaldılmışdır.