چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Phd. Tofiq Əsədov: "Hz. Hüseyn (ə) İslamın təməl əxlaqi prinsiplərini yenidən diriltdi"

Phd. Tofiq Əsədov: "Hz. Hüseyn (ə) İslamın təməl əxlaqi prinsiplərini yenidən diriltdi"


Seratullah M.M. Azərbaycan dilində İmam Hüseynə (ə) həsr edilmiş “Nicat gəmisi” adlı silsilə verlişlər hazırlamışdır. Verilişə yüksək səviyyəli alimlər və ustadlar dəvət edilir, insanlara İmam Hüseynin (ə) həyat yolu, mənəvi səciyyələri, ali amalı, imamət məqamı, gözəl əxlaqi davranışları haqda məlumatlar verilir. Belə ki, Nicat gəmisi verlişinin dəyərli qonaqlarından biri də, cənad Ustad PhD. Tofiq Əsədov olmuşdur.

Ustad PhD. Tofiq Əsədov, İmam Hüseynin (ə) əzəmətli yolundan və insanlarla nümunəvi davranşından, ilahi imamın cəmiyyətin birlik-bərabərliyinin möhkəmlənməsində, insanlara qarşı qayğıkeş olmasında, səbir, fədakarlıq, təvazökarlıq, səxavət kimi ali səciyyələrlə islamın təməl prinsiplərini aşılamasındakı rolunu qeyd etmişdir.